Terrorçuların Hələbin şərqindən çıxarılmaları davam edir
-
Terrorçuların Hələbin şərqindən çıxarılmaları davam edir
Birləşmiş Millətlər Təşkilatı bildirib ki, Suriyanın Hələb şəhərinin şərqindən terrorçular və yaraqlıların çıxarılması əməliyyatı yenidən başlanıb.
Röytersin verdiyi məlumata görə, BMT rəsmilərindən biri deyib: Bu əməliyyat 3 gün gecikmədən sonra dünən axşam yenidən başlanıb və avtobus və təcili tibbi yardım maşınları Hələbin şərqini tərk etməkdədirlər.
Adının açıqlanmasını istəməyən həmin mənbə mülkilərin yaraqlı qrupların mühasirəsində olan Fuə və Kəfərya bölgələrindən evakuasiyası əməliyyatından xəbərsiz olduğunu deyib. Bu iki bölgə 3 ildir ki mühasirədədir.
Eyni zamanda İRİB-nin müxbiri bu gün səhərçağı bildirib ki, Hələbin şərqində qalan bütün terrorçular ərazini tərk ediblər.
Terrorçuların bölgədən çıxmaları əməliyyatına cümə axşamı günü start verilmişdir və yaraqlı qrupların öz öhdəliklərini yerinə yetirməmələrinə görə bu əməliyyat bir neçə dəfə ləngidi.
Terrorçu qruplar dünən mülkini daşmımaq üçün Əl-Fuə və Kəfriya bölgələrinə gedən avtobuslara hücum etdilər.
Son bir neçə gün ərzində 9 min terrorçu Hələbin şərqindən çıxıb və bəziləri də Suriya ordusuna təslim olub.