Yəmənli qüvvələr Səudiyyə muzdlularına hücum ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i251714-yəmənli_qüvvələr_səudiyyə_muzdlularına_hücum_ediblər
Yəmən ordusu və xalq qüvvələrinin Səudiyyə Ərəbistanı muzdlularının mövqelərinə hücumlarında bir neçə muzdlu ölüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 19, 2016 07:46 Asia/Baku
  • Yəmənli qüvvələr Səudiyyə muzdlularına hücum ediblər
    Yəmənli qüvvələr Səudiyyə muzdlularına hücum ediblər

Yəmən ordusu və xalq qüvvələrinin Səudiyyə Ərəbistanı muzdlularının mövqelərinə hücumlarında bir neçə muzdlu ölüb.

Əl-Məsirə telekanalının verdiyi məlumata görə, dünən günortadan sonra Maarib vilayətinin Sərvah şəhərində səudiyyə muzdlularının toplusuna edilən hücumda bir neçə nəfər də yaralanıb. 

Yəmən ordusu və xalq qüvvələrinin artileriyası da Midi səhrasının şimalında muzdluların mövqelərinə qarşı hücuma keçərək bir neçə səudiyyə muzdlusunu öldürüblər. 

Bazar günü də Əccəuf vilayətində bir neçə səudiyyə muzdlusu Yəmən ordusunun hücumunda öldürülüb. 

Bu hücumlar Səudiyyə Ərəbistanının Yəmənin müxtəlif bölgələrinə qarşı intensiv hücumlarına cavab olaraq həyata keçirilir. 

Səudiyyə Ərəbistanı 2015-ci il mart ayından bu günədək Yəmənə qarşı hücumlarını davam etdirir. Ali-Səud rejiminin məqsədi Yəmənin istefa vermiş prezidenti Əbdrəbbə Mənsur Hadini hakimiyyətə qaytarmaqdan ibarətdir. 

Səudiyyə Ərəbistanı Yəmənə qarşı davamlı hücumlarına və bu sahədəki ağır xərclərinə baxmayaraq indiyədək nəzərdə tutduğu məqsədlərin heç birinə nail ola bilməmişdir.