İordaniyada silahlı hücum nəticəsində 10 nəfər ölüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i251726-İordaniyada_silahlı_hücum_nəticəsində_10_nəfər_ölüb
İordaniyanın əl-Kerk şəhərində baş verən atışmada 7 polis məmuru , 2 mülki və bir nəfər kanadalı turist ölüb, polisi və mülki daxil olmaqla 27 nəfər də yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 19, 2016 09:02 Asia/Baku
  • İordaniyada silahlı hücum nəticəsində 10 nəfər ölüb
    İordaniyada silahlı hücum nəticəsində 10 nəfər ölüb

İordaniyanın əl-Kerk şəhərində baş verən atışmada 7 polis məmuru , 2 mülki və bir nəfər kanadalı turist ölüb, polisi və mülki daxil olmaqla 27 nəfər də yaralanıb.

Röytersin verdiyi məlumata görə, İordaniyanın təhlükəsizlik rəsmiləri dünən bir qalada girov götürülən turistləri azad ediblər, təhlükəsizlik qüvvələri silahlıların yerləşdikləri binaya hücum ediblər, nəticədə toqquşma baş verib və mülki də daxil olmaqla 10 nəfər həlak olub. 

Əl-Aləm telekanalının verdiyi məlumata görə, İordaniyanın təhlükəsizlik rəsmiləri bildiriblər ki, Kerk şəhərində və terrorçuların səngər tutduqları ərazidə partlayıcı kəmər, silah və maddələr aşkar edilib.