İlk yaralı və xəstə qrup Fuə və Kəfəryadan çıxıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i251891-İlk_yaralı_və_xəstə_qrup_fuə_və_kəfəryadan_çıxıb
Bu gün səhər Fuə və Kəfərya şəhərciklərinə daxil olan avtobusların ilk qrupu bu şəhərdən çıxıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 19, 2016 16:43 Asia/Baku
  • 
İlk yaralı və xəstə qrup Fuə və Kəfəryadan çıxıb
    İlk yaralı və xəstə qrup Fuə və Kəfəryadan çıxıb

Bu gün səhər Fuə və Kəfərya şəhərciklərinə daxil olan avtobusların ilk qrupu bu şəhərdən çıxıblar.

Əl-Məyadin xəbər televiziyasının məlumatına görə, yarlılar və xəstələri aparmaq üçün bu iki şəhərə daxil olan avtobuslar bu gün Hələb şəhərinə doğru gediblər.

Suriyanın xəbər dairələri bildiriblər: Bu avtobusların sayı 10 ədəddir və Fuə və Kəfəryanın 503 sakininin Hələbin qərb ətrafına nəql edirlər.

Bu dairələrin bildirdiyinə görə, çıxma əməliyyatı sona çatana qədər bu şəxslər müvəqqəti mərkəzlərdə yerləşdiriləcəklər.

Suriya ordusu da bundan öncə bildirib ki, terror ünsürləri Fuə və Kəfərya sakinləri və yaralılarının bu şəhərcikləri tərk etdikləri halda, Hələbin şərqini tərk edə bilərlər.

Fuə və Kəfəryadan 1200 nəfərin çıxması qarşılığında Hələbin şərqindən 1200 silahlı ünsürün çıxması qərara alınmışdı.