40 min nəfər Hələbin şərqindən çıxıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i252176-40_min_nəfər_hələbin_şərqindən_çıxıb
Suriya insan haqları gözətçisi adlı bir mərkəz bildirib ki, 40 mindən çox terroçu öz ailəsi ilə yanaşı, Suriyanın Hələb şəhərinin şərqindən çıxıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 21, 2016 13:30 Asia/Baku
  • 40 min nəfər Hələbin şərqindən çıxıb
    40 min nəfər Hələbin şərqindən çıxıb

Suriya insan haqları gözətçisi adlı bir mərkəz bildirib ki, 40 mindən çox terroçu öz ailəsi ilə yanaşı, Suriyanın Hələb şəhərinin şərqindən çıxıb.

IRNA-nın məlumatına görə, bu mərkəz bu gün əlavə edib: Bu sayda terrorçunun Hələbin şərqindən çıxması terrorçuların çıxmaları barədə Rusiya ilə Türkiyə arasında əldə olunmuş razılaşmadan sonra reallaşıbdır.

Suriya insan haqları gözətçisi adlı mərkəzin bildirdiyinə görə, qərar üzrə bir neçə avtobus onların ailələri və yaralılardan onlarla nəfəri İdlib vilayətindəki Kəfəriyya və Əlfuə şiə sakinli qəsəbələrdən çıxarmalıdır.

Bəzi mənbələr bildiriblər ki, Hələbdə silahlı qruplar arasındakı ixtilaflar terrorçuların bu şəhərin şərqindən çıxmalarında təxirə səbəb olub.

Həmçinin qərar üzrə silahlı şəxslərin və onların ailələrinin Hələbin şərqindən çıxmaları başa çatmalıdır.

Silahlı qruplar və terrorçuların Hələbin şərqindən çıxmaları ötən həftənin ortalarında başlanıb.