Ərəbistanın hava hücumlarında dağılmış Səədə bazarları
-
Ərəbistanın hava hücumlarında dağılmış Səədə bazarları
Əlməyadin telekanalı bir reportajda Ərəbistanın başçılığı altda olan koalisiyanın hava hücumlarında xarabalığa çevrilmiş Yəmənin Səədə vilayətindəki bazarları göstəribdir.
Bu bazarlar bir zamanlar Yəməndə izdihamlı mərkəzlərdən olublar. Amma bu gün onlardan yalnız xarabalıqlar qalıbdır. Səədə vilayətindəki meyvə-tərəvəz bazarı və onun ətrafındakı çoxlu sayda ticarət mərkəzi. Bunlar Ərəbistanın hava hücumlarından öncəyədək digər izdihamlı bazarlarla oxşar şəraitə malik idilər. Amma bu gün bir xarabalığa və uçquna çevrilibdir.
Səədənin dağıdılmış meyvə-tərəvəz bazarında Əlməyadin müxbiri ilə danışan Əli Həddad adlı əkinçi deyir: Bu bazar Səədə vilayətində mərkəzi və ən böyük bazarlardan olubdur. Bu bazar sitrus meyvələri və tərəvəz daxil olmaqla vilayət məhsullarının satış məkanı olubdur.
Mərkəzi bazar kimi tanınan bu bazar şəhərin mərkəzində yerləşir. Bu bazarda tacirlərin çoxlu sayda anbarı olub, amma hazırda ondan xarabalıqdan savayı bir şey görünmür. Bazarlara, o cümlədən ümumi, gündəlik, həftəlik və Yəmənin digər bazarlarına qarşı hücumlarda bir çox vətəndaş şəhid olubdur. Eyni zamanda əhalinin ərzaq məhsullarının böyük bir hissəsi məhv edilib və böyük maddi xəsarətlər dəyibdir.
Bazardakı tacirlərdən biri deyir: Şərait elə olubdur ki, tacirlər alver etmək üçün bir bazardan digər bir bazara, bir vilayətdən başqa bir vilayətə köçməyə məcburdurlar.
Səədə vilayətindəki əllidən çox bazar elə bir vəziyyətdədir ki, onlardan baxış keçirərkən vətəndaşların bu bazarlarda qırğın olunmalarının əlamətlərini müşahidə etmək olar. Bu miqdar bütün Yəməndə 250 bazara çatır.