Bir beynəlxalq xeyriyyə təşkilatı xəbərdarlıq edib: Yəmənin səhiyyə sistemi dağılmaq ərəfəsindədir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i252194-bir_beynəlxalq_xeyriyyə_təşkilatı_xəbərdarlıq_edib_yəmənin_səhiyyə_sistemi_dağılmaq_ərəfəsindədir
"Uşaqları Xilas Edin!" adlı xeyriyyə təşkilatı Ərəbistanın hücumlarında 11400-dən çox yəmənli uşağın həlak olması və infrastrukturların dağılmasına işarə edib. 20 aydan çoxdur gedən Yəmən savaşında Ərəbistan ingilis və amerikan təchizatlarla yəmənliləri bombalayan əsas tərəfdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 21, 2016 16:48 Asia/Baku
  • Bir beynəlxalq xeyriyyə təşkilatı xəbərdarlıq edib
    Bir beynəlxalq xeyriyyə təşkilatı xəbərdarlıq edib

"Uşaqları Xilas Edin!" adlı xeyriyyə təşkilatı Ərəbistanın hücumlarında 11400-dən çox yəmənli uşağın həlak olması və infrastrukturların dağılmasına işarə edib. 20 aydan çoxdur gedən Yəmən savaşında Ərəbistan ingilis və amerikan təchizatlarla yəmənliləri bombalayan əsas tərəfdir.

Ərəbistanın İngiltərə istehsalı olan kasset bombaları kimi qadağan olunmuş bombalardan Yəmən xalqına qarşı istifadə etməsi və İngiltərə hökumətinin bu məsələdən xəbərdar olması haqda xəbərlərin yayılmasından sonra İngiltərə baş nazirinin Ərəbistana silah satışına nəzarətin edilməsi haqda dəfələrlə etdiyi təkidi daha artıq sual doğurdu.

Terzami-İngiltərə baş naziri: Biz silah satışı üzrə ən sərt qaydalara malikik. Biz Ərəbistanla möhkəm əlaqəyə malikik və bu, bizim üçün çox mühümdür. Həm terrorizmlə mübarizə üçün, həm də bir sıra digər məsələ üçün.

Bu məsələ daim İngiltərə hökuməti tərəfindən inkar olunurdu. Qardian qəzeti yazıbdır ki, İngiltərənin müdafiə naziri bundan öncə ondan xəbərdar idi.

Vətəndaş: İstər Avropada olsun, istərsə də kənarda; İngiltərə hökuməti adam aldatmaqda məşhurdur. Onlardan biri, insan haqları məsələsidir.

İngiltərə bombaları ilə törədilmiş və Yəməndə üzə çıxmış faciələr elə bu mövzudur.

İngiltərə altı il bundan öncə bir müahidə imzaladı ki, ona əsasən, istehsalın qadağan olunması, kasset bombalarından istifadə və onların satışı, hətta digər ölkələrin bu bombalardan istifadə etmələrinin qarşısının alınması üzrə səy barədə üzərinə öhdəlik götürüb. İndi bu müahidənin pozulması tərzi bəzi nümayəndələrin sualına səbəb olur.

Robertson-parlament üzvü: Görəsən, bu düzdür ki, hökumətin baş üzvlərindən bəziləri çoxdandır ki, Yəməndə İngiltərə istehsalı olan kasset bombalarının işlədilməsindən xəbərdar imişlər? Haçan İngiltərə Yəmən qarşısında insani və əxlaq mehvərli bir siyasət yeridəcək?

Kapsulalı kasset bombaları yüzlərlə kiçik bombalara malikdir ki, onun qəlpələri futbol meydançası boyda bir məntəqədə pərakəndə olur və onun partlamamış bombaları da mina meydanları kimi illər boyudur, insanların, xüsusən uşaqların həyatlarına son qoyurlar.