Fuə və Kəfəriyya xəstələri və yaralılarını daşıyan dörd avtobus Hələbə daxil olub
-
Fuə və Kəfəriyya xəstələri və yaralılarını daşıyan dörd avtobus Hələbə daxil olub
Mühasirə olunmuş Fuə və Kəfəriyya şəhərlərinin xəstə və yaralılarından ibarət daha bir qrup dörd avtobus və iki təcili yardım maşını ilə Hələb şəhərinə daxil olub.
Suriyanın rəsmi SANA xəbər agentliyinin məlumatına görə, bu avtobusların daxil olmaları ilə bir vaxtda yüzlərlə terrorçu da Hələbin şərq məhəllələrindən çıxaraq, bu şəhərin cənub-qərbində yerləşən Raşidin məntəqəsinə doğru hərəkət edib.
Bu məlumata görə, tezliklə 20 ədəd avtobus terrorçuların digər bir qrupunu Əlzubdiyyə, Əlməşhəd, Səlahəddin və Ələnsari məhəllələrindən Raşidin məntəqəsinə köçürəcək.
Hələbin şərq məhəllələrinin terrorçulardan təmizləndiyi bir halda, indiyədək mühasirə olunmuş Fuə və Kəfəriyya şəhərləri sakinlərinin çıxmaları ilə bağlı olan üç etaplı razılaşmanın hətta ilk mərhələsi belə icra olunmayıbdır.
Suriya dövləti ilə silahlı qruplar arasındakı razılaşmaya görə, ilk mərhələdə 1250 xəstə və yaralı vətəndaş mühasirə olunmuş Fuə və Kəfəriyya şəhərlərindən çıxarılmalıdır.
Bazar günü Cibhətunnusrə terrorçuları mühasirə olunmuş Fuə və Kəfəriyya şəhərlərindəki xəstə və yaralı vətəndaşları çıxarmaq üçün göndərilmiş bir neçə avtobusu yandırdılar.
Həmçinin çərşənbə günü terror qruplarının birləşmək üzrə keçirilən yığıncağı uğursuz qalıb.