Dek 22, 2016 20:26 Asia/Baku
  • Qarşıdakı saatlarda Hələbin boşaldılması prosesi təkmilləşəcək
    Qarşıdakı saatlarda Hələbin boşaldılması prosesi təkmilləşəcək

BMT rəsmiləri deyirlər ki, mülkilər və müxaliflərin Hələbin şərq məntəqələrindən çıxmaları prosesi qarşıdakı bir neçə saat ərzində təkmilləşəcəkdir.

Beynəxalq Qırmızı Xaç Komitəsi bu gün bildirib ki, hələ də Hələbin şərqində qalmış şəxslər 40 ədəd avtobus və yüzlərlə şəxsi avtomobillə Hələbin şərqindən çıxmaqdadır.

Həmçinin, məlumatlara görə, 4 ədəd avtobus daha bir qrup sivili İdlib vilayətinin şimal-qərbində müxaliflərin mühasirəsində olan şiə sakinli Əlfuə və Kəfəriyya qəsəbələrindən çıxarıbdır.

Beynəxalq Qırmızı Xaç Komitəsi bildirib ki, dünən gecə 4 mindən çox müxalif Hələbin şərqindən çıxarılıbdır.

Beynəxalq Qırmızı Xaç Komitəsi əlavə edib: Bu şəxslərin çıxmaları ilə son bir həftə ərzində Hələbin şərqindən çıxmış şəxslərin ümumi sayı təqribən 34 min nəfərə çatıb.

Hələbin şərq məntəqələri dörd il bundan öncədən Suriya prezidenti Bəşşar Əsəd hökuməti ilə müxalif qrupların əlinə keçib və bu şəhər qərbi və şərqi hissəyə bölünübdür ki, onun qərb hissəsi suriyalı qüvvələrin nəzarəti altındadır.

Suriyanın ordu qüvvələri iyulun 17-də Hələbin şərqində müxaliflərin işğalı altında olan məntəqələri mühasirəyə aldılar və cari il sentyabrın 22-də bu şəhərin tam şəkildə azad edilməsi üzrə geniş əməliyyata başladılar.

Suriya 2011-ci ildən ölümcül savaş səhnəsidir.

Teqlər