Ərəbistanın Yəmənə qarş hava hücumları davam edir
-
Ərəbistanın Yəmənə qarş hava hücumları davam edir
Dünya ictimaiyyətinin susması sayəsində Ərəbistan ordusunun qırıcıları bir daha Yəmənin müxtəlif məntəqələrini bombalayıblar.
IRIB-nin məlumatına görə, təcavüzkar səud qırıcıları dünən gecə və bu gün Yəmənin Səna vilayətində yerləşən Nihim şəhərindəki yaşayış massivlərini bombalayıblar.
Təcavüzkar Ərəbistan qırıcıları həmçinin Yəmənin Umran vilayətindəki Qəfələ rayonunda yerləşən 127-ci diviziyanın qərargahını iki dəfə hədəfə alıblar.
Belə bir halda, təcavüzkar səud qırıcıları Yəmənin şimal-qərbindəki Səədə vilayətində yerləşən Kətaf şəhərindəki Ali-Salim məntəqəsini üç dəfə bombalayıblar.
Bu hücumların ehtimal olunan tələfatı haqda məlumat yayılmayıbdır.
Yəmənin ordusu və xalq komitələrinin artilleriya qüvvələri də səudların hücumlarının cavabında səud hərbçilərinin Ərəbistanın cənubundakı Cizan şəhərində yerləşən Bəvabə Əlmusim məntəqəsinin cənubunda və Qənbur qarnizonundakı toplaşma mərkəzlərini hədəfə alıblar.