Yəməndə təcavüzkarlar raket hücumunun hədəfində
-
Yəməndə təcavüzkarlar raket hücumunun hədəfində
Yəmən ordusu və xalq qüvvələri Ali-Səud rejimi və onun muzdlularının təcavüzkar hücumlarına cavab olaraq Həccə vilayətində Səudilərin qəragahını raketlə hədəfə alıblar.
Yəmənin Əl-Məsirə telekanalının verdiyi məlumata görə, Yəmən ordusu və xalq qüvvələrinin dünən gün ortadan sonra Həccə vilayətində Səudilərin toplaşdıqları qərargahı hədəfə alması nəticəsində işğalçılar və onların muzdluları ağır tələfata və maddi ziyana məruz qalıblar.
Yəmən ordusu və xalq komitələrinin verdiyi məlumata görə, bu hücum təcavüzkar səudiyyə qüvvələrinin Yəmənin yaşayış məntəqələrinə qarşı hücumlarına cavab olaraq həyata keçirilib.
Yəmənli qaynaqlar həmçinin Ədən və Təəz kimi ölkənin cənub bölgələrində şiddətli toqquşmaların getdiyini, təşəbbüskarlığın isə Yəmən ordusu və xalq qüvvələrində olduğunu bildiriblər.