Dek 25, 2016 13:05 Asia/Baku
  • Sionist medyalar Məhəmməd Əzzəvvarinin terrorunda Mossadın rolunu etiraf ediblər
    Sionist medyalar Məhəmməd Əzzəvvarinin terrorunda Mossadın rolunu etiraf ediblər

Sionist Forbes portalı etiraf edib ki, tunisli mühəndis Məhəmməd Əzzəvvarini Sionist rejimin casusluq təşkilatı Mossad terror edib.

Fələstinin Səma xəbər agentliyinin verdiyi məlumata görə, Forbes yazıb: Əzzəvvari Fələstin İslami Muqavimət Hərəkatının hərbi qolu olan İzzəddin Qəssam batalyonları üçün  Pilotsuz Uçan Aparat  və sərnişinsiz sualtı qayıq üzərində işləyirdi və bu İsrail üçün başağrısı ola bilərdi və bu mühəndisi terror etməli idi. 

Öncə də sionist Yədiut Aharonot qəzeti tunistli aeronevt Məhəmməd Əzzəvvarinin fələstinli mübarizlərə PUA hazırlamaqda kömək etmək ittihamı ilə Mossad tərəfindən terror etdiyini bildirmişdi.

49 yaşlı Məhəmməd Əzzəvvari 2016-cı il dekabrın 15-də Tunisin cənubunda Səfaqəs şəhərində öz şəxsi avtomobili ilə hərəkətdə olarkən güllələnərək qətlə yetirildi. 

Forbes portalının bildirdiyinə görə, bu Yusu Kohenin Mossada başçılıq etdiyi müddətdə bu casusluq təşkilatı tərəfindən törədilən ikinci terror aktıdır. 

İlk terror isə cari miladi ili may ayında Dəməşqdə İmad Moğniyənin kürəkəni və əmisi oğlu Müstafa Bədrəddinə qarşı törədildi.  

 

Teqlər