Dek 25, 2016 20:16 Asia/Baku
  • Hələb; tam ahəngdarlıqdan doğan qələbənin rəmzi
    Hələb; tam ahəngdarlıqdan doğan qələbənin rəmzi

Hələbdə əldə edilən qələbənin başlıca səbəbi İran, Rusiya və Suriya arasında tam ahəngdarlığın olmasıdır.

CNN telekanalı Suriya və Hələbin durumu ilə bağlı bir reportaj hazırlayaraq, İran, Rusiya və Suriyanın elə ilk gündən tam ahəngdarlığa malik olduqlarını bildirərək,  onların Hələbdə qələbə çalmasının başlıca səbəbinin də elə bu ahəngdarlıq adlandırıb.

Rusiya qırıcıları isə İdlibdə terrorçuların işğalı altında olan ərazilərə qarşı hücumlarını gücləndiriblər.

Bu arada şəhərin təmizlənməsi ilə Hələb sakinləri öz evlərinə qayıtmağa başlayıblar. Amma, şəhərdəki dağıntılar və xarabalıqların miqyası sakinləri şok edib.

 

İRİB-nin müxbiri:

Evə qayıdış. Hələbin şərq hissəsində əsas küçələrin açılması ilə minlərlə sakin öz evlərinə qayıtmağa başlayıb. Onlar, çox da uzaq olmayan keçmişdə abad və gözəl olan şəhərdən geri qalan xarabalıqları heyrətlə izləyirlər. Sanki, uzun illər bu şəhərə insan ayağı dəyməyib. Terrorçuların sığınacağına çevrilən evləri, bir neçə ay öncəsinə kimi terrorçular tərəfindən silah anbarları kimi istifadə edilirdi. Bir zamanlar buğda, kartof və yağ saxlamaq üçün istifadə edilən zirzəmi indi terrorçuların cəbbəxanasına çevrilib. Suriya ordusu isə qeyri adi silahlar ilə dolu olan bu anbarları sürətlə boşaltmağa və şəhəri təmizləməyə çalışır.

 

Suriyalı hərbçi:

Bu evin içində külli miqdarda müasir tipli silah və raket var. Bu silahlar ölkəmizi dağıtmaq üçün idi. Terrorçular bu ağır və modern silahları özləri ilə apara bilməyiblər. İndi bu silahlar bizim əlimizə keçib. Azad edilmiş Hələbin hər bir küçəsində bu kimi silahlarla dolu olan evlərin varlığından aydın olur ki, nə üçün terrorçular ağına-bozuna baxmadan bu silahlardan istifadə edərək, hər yana ölüm saçırmışlar. Bu silahların terrorçuları himayə edən ölkələr tərəfindən kütləvi və nizamlı qaydada terrorçulara ötürüldüyünə isə heç kim şübhə etmir.

 

Hüseyn Səlami – Sepah-ın baş komandan əvəzi:

Bu gün,  Suriya və Hələbdə insanların sevinc və şadlıq etdiyi bir şəraitdə, yas saxlayan, Suriya xalqı üçün yalançı göz yaşları axıdanlar ötən 6 ildə milyonlarla suriyalının öz evindən didərgin düşməsinə səbəb olanlardırlar. Suriyanın abad şəhərlərini xarabalığa çevirən də elə onlardırlar. Bu silahları ölkəni xarabalığa çevirsinlər deyə terrorçuların ixtiyarına verən Suriya dövləti deyil. Biz də deyilik. Bəs bu silahları terrorçulara kimlər verib?

 

İRİB-nin müxbiri:

İndi Hələbdə yenidən sabitlik hökm sürür. Sakinlər şəhərin ətrafındakı dağlıq ərazilərə çıxaraq, qartopu oynayırlar. Yağan qar insanlarda sülh və təhlükəsizliyə olan ümidi daha da artırıb.

Teqlər