Bəşşar Əsəd və həyat yoldaşı Milad bayramı şənliyində
Dek 26, 2016 21:23 Asia/Baku
Suriya prezidenti Bəşşar Əsəd və həyat yoldaşı Əsma Əsəd bazar günü Seydnaya şəhərində Side kilsəsində Həzrət İsanın (ə) miladı bayramını qeyd ediblər.
İRİB-in məlumatına görə, Seydnaya əhalisinin əksəriyyətini xristianlar təşkil edir.
Dəməşqin ətrafında yerləşən Seydnaya şəhəri Suriyanın xristian sakinli əsas şəhərlərindən biridir.
Ötən gün 25 dekabr Həzrət İsanın (ə) səadətli viladətinə təsadüf edirdi.