Səudiyyə Ərəbistanı Suriyadakı terrorçulara maliyyə yardımlar edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i253316-səudiyyə_Ərəbistanı_suriyadakı_terrorçulara_maliyyə_yardımlar_edir
Səudiyyə Ərəbistanı Suriya xalqının qırğın edilməsi üçün bu ölkədəki terrorçulara 100 milyon riyal ödəyir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 27, 2016 15:01 Asia/Baku
  • Səudiyyə Ərəbistanı Suriyadakı terrorçulara maliyyə yardımlar edir
    Səudiyyə Ərəbistanı Suriyadakı terrorçulara maliyyə yardımlar edir

Səudiyyə Ərəbistanı Suriya xalqının qırğın edilməsi üçün bu ölkədəki terrorçulara 100 milyon riyal ödəyir.

Suriyanın Acil xəbər portalı bu gün bildirib ki, Səudiyyə kralı Salman Bin Əbdül-Əziz "Suriya xalqına yardım" adlandırılan kampaniyanın keçirilməsinə göstəriş verib. Həmin portalın bildirdiyinə görə, Suriya didərginlərinə yardım adı altında 100 milyon Səudiyyə riyalı terrorçulara silah-sursat almaq üçün ayrılıb. 

Səudiyyə Ərəbistanının krallıq məhkəməsinin dünən yaydığı bəyanata görə isə, bu ölkənin vəliəhdi Məhəmməd Bin Nayif 10 milyon riyal, müdafiə naziri Məhəmməd Bin Salman isə 8 milyon riyal bu kampaniyaya ayırıblar. 

Səudiyyə Ərəbistanı 2011-ci ildə Suriya böhranının başlandığı zamandan humanitar yardımlar adı altında terrorçulara və Suriya müxalifətinə müxtəlif növlü silah və sursat göndəribdir. 

Son vaxtlar Suriya ordusu Hələb şəhərini terrorçulardan azad etmək əməliyyatında Ərəbistan və Qatarın hərbi və tibbi təchizatlarını Hələbdə aşkar etdilər və videosu televiziyadan yayımlandı. 

Səudiyyə Ərəbistanı son vaxtlar Suriyada terrorçulara Qrad və raket sistemi göndərməyə cəhd göstərib, Səudiyyənin xarici işlər naziri Adil Əccübəyr Hələbin azad edilməsindən öncə Ərəbistanın terrorçulara lazım olan raket sistemi və digər silah-sursatları təmin etməyə qadir olduğunu demişdi.