Əl-İbadi Səudiyyə Ərəbistanını İraqa müdaxilə etməməyə çağırıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i253373-Əl_İbadi_səudiyyə_Ərəbistanını_İraqa_müdaxilə_etməməyə_çağırıb
İraqın baş naziri Səudiyyə Ərəbistanının xarici işlər nazirinin İraqda xalq səfərbər qüvvələri barədəki bəyanatını İraqın daxili işlərinə müdaxilə adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 28, 2016 07:36 Asia/Baku
  • Heydər Əl-İbadi
    Heydər Əl-İbadi

İraqın baş naziri Səudiyyə Ərəbistanının xarici işlər nazirinin İraqda xalq səfərbər qüvvələri barədəki bəyanatını İraqın daxili işlərinə müdaxilə adlandırıb.

İRNA-nın verdiyi məlumata görə, İraqın baş naziri Heydər Əl-İbadi Səudiyyə Ərəbistanının XİN başçısı Adil Əccübeyrinin Həşədüşşəbi barədəki son bəyanatına münasibət bildirərkən deyib: Cübeyrin söylədikləri Səudiyyə Ərəbistanının İraqa qarşı böhran yaradan rəftarının davamıdır və Ərrəyad öz problemlərini Bağdada yaymamalıdır. 

Həşdüşşəbi komandanlarından olan Casim Əl-Cəzairi də Adil Əccübeyrinin sözlərinə münasibətdə deyib: Əl-Həşdüşşəbi İraq dövlətinin göstərişi ilə fəaliyyət göstərən hərbi qurumdur, Səudiyyə Ərəbistanı isə İraqa tayfaçı baxışla baxır . Əl-Cəzairi deyib: Ərəbistanın mövqeləri göstərir ki, bu ölkə İraqla düşmənçiliyini davam etdirməkdədir. 

Səudiyyə Ərəbistanının xarici işlər naziri İraqın könüllü xalq qüvvələrini ( Həşdüşşəbi) tayfaçı yaraqlılar adlandırıb və bu qüvvələrin İraqın birlik və təhlükəsizliyini təhdid etdiklərini iddia etmişdi.