Əsəd: Avropalılar terrorçulara dəstəyə son qoysunlar
Suriya prezidenti: Əgər Avropa ölkələri Suriya xalqına kömək ardıncadırlarsa, ilk öncə terrorçulara dəstəyə son qoymalıdırlar.
Əl-Əxbariyyə televiziyasının məlumatına görə, Suriya prezidenti Bəşşar Əsəd cümə axşamı günü Avropa Parlamenti və Rusiya Dövlət Dumasının nümayəndələrindən ibarət müştərək heyətlə görüşdə deyib: Avropa rəsmiləri Suriya böhranının həll yolunun bu ölkə xalqının əli ilə mümkün olduğunu anlamalı və etiraf etməlidirlər ki, öz ölkələrindəki terror aktları onların yanlış siyasətlərinin nəticəsidir.
Əsəd əlavə edib: Avropa ölkələri suriyalıların əsaslı həyat ehtiyaclarını hədəfə alan ədalətsiz sanksiyaları ləğv etməlidirlər.
Suriya prezidenti həmçinin deyib: Hərbi yolla terrorizmlə mübarizə əməliyyatı yaxşı şəkildə davam edir və bu, Rusiyanın dəstəyi və terrorçuların döyüşçülər topladığı maliyyə ehtiyatlarının qurudulmasına görədir.
Suriya prezidenti deyib: Rusiya Suriyaya dəstəyi ilə, təkcə bu ölkənin təhlükəsizliyi deyil, həm öz xalqı və həmm də Avropa xalqlarının təhlükəsizliyini müdafiə edir.
Rusiya hərbçiləri Suriya hökumətinin razılığı ilə bu ölkədə terrorizmlə mübarizə aparır. İran İslam Respublikası da terrorizmlə mübarizə üçün Suriya hökuməti ilə əməkdaşlıq çərçivəsində bu ölkəyə hərbi məsləhətlər səviyyəsində kömək edir.
Suriya ordusu və müqavimət mehvərinin əməkdaşlığı Hələbin şərqində terrorçuların məğlubiyyəti ilə nəticələndi və bu strateji şəhər tam şəkildə terrorçulardan təmizləndi.