Dek 30, 2016 12:42 Asia/Baku
  • İbrahim Cəfəri
    İbrahim Cəfəri

İraq xarici işlər naziri bu ölkənin Suriya böhranının həlli üzrə üçtərəfli qrupa qoşulmağa çalışdığını bildirib.

Əl-Aləm televiziyasının məlumatına görə, İbrahim Cəfəri bu məsələni bildirərək əlavə edib: İraq İran, Türkiyə və Rusiyadan təşkil olunan Suriya böhranının həlli üzrə üçtərəfli qrupa qoşulmağa çalışır. 

Cəfəri deyib: İraq vasitəçilik edir. Çünki Suriyada stabilliyin bərpa olunmasının İraqa da təsiri vardır. 

İraq xarici işlər naziri həmçinin deyib: İraq ölkənin hakimiyyət hüququna zərbə vurmayacaq şəkildə Türkiyə ilə əməkdaşlıq və qüvvələrini İraqdan çıxarmaq məqsədilə Türkiyəyə müraciət üçün bütün qanuni yollardan istifadə etməyə çalışır. 

Teqlər