Dek 30, 2016 17:38 Asia/Baku
  • Bəhreynli şahzadə tanınmış jurnalisti qətlə yetirib
    Bəhreynli şahzadə tanınmış jurnalisti qətlə yetirib

Bəhreyn fəalları bu ölkənin krallıq ailəsinin üzvlərindən birini bu ölkənin tanınmış qadın jurnalistinin qatili adlandırıblar.

İngiltərənin Telegraf qəzeti Bəhreyn İnsan Haqları Gözətçisi Qrupunun fəallarına istinadla 28 yaşlı bəhreynli şiə jurnalist İman Salehinin qətlinə toxunaraq bildirib: Bu qətlin şübhəlisi hərbçi və bu ölkənin krallıq ailəsinin üzvlərindəndir. 

Associated Press də bəhreynli fəallara istinadla bildirib: Bu cinayətin araşdırılması Ali-Xəlifə rejiminin öhdəlikləri üçün sınaqdır. 

Ali-Xəlifə rejiminin hərbi tribunalları adətən qapalı keçirilir. Buna görə, bu işin Bəhreyn vətəndaşları tərəfindən izlənilməsi təsəvvür olunmur. 

Bəhreyn 2011-ci il fevral ayından Ali-Xəlifə rejiminə qarşı dinc etirazların şahididir. 

Bəhreyn vətəndaşları siyasi islahatların aparılması, ifadə azadlığı, ədalətin bərpa olunması, ayrı-seçkiliyin aradan qaldırılması və seçilmiş quruluşun iqtidara gəlməsini tələb edirlər. Lakin Ali-Xəlifə rejimi həmişə repressiya ilə onların etirazlarına cavab verir. 

Teqlər