Amerikan koalisiyanın hücumunda 7 suriyalı sivil öldürülüb
Amerikanın başçılıq etdiyi koalisiyanın qırıcılarının Suriyanın şimalına qarşı hücumlarında yeddi suriyalı sivil öldürülüb, 22 nəfər də yaralanıbdır.
IRNA-nın məlumatına görə, beynəlxalq koalisiya adlandırılan qurumun qırıcıları dünən gecə Suriyanın şimalında yerləşən Əl-Raqqa şəhərinin 70 kilometrliyindəki "Dəbsi Əfnan" qəsəbəsini bombalayıblar.
Əl-Raqqa şəhərinin qərbindən əlli kilometr aralıda yerləşən Əltəbəqə şəhərindəki bir tibb mənbəyi deyib: Koalisiya qüvvələrinin hava hücumunda üç uşaq daxil olmaqla yeddi nəfər ölüb, bir qrup qadın və uşağa şamil olan 22 nəfər də yaralanıbdır ki, onların bəzilərinin vəziyyəti ağırdır.
Bu bombardmanlar zamanı hücum hədəfinə çevrilmiş evlər İŞİD terrorçularının qərargahı olmayıbdır.
Amerikanın başçılıq etdiyi beynəlxalq koalisiya adlandırılan qurumun qırıcıları Suriya və İraqda terror qrupları ilə mübarizə bəhanəsilə dəfələrlə müdafiəsiz mülkiləri hədəfə alıblar.
Bu koalisiyanın hərbi başçıları iddia edirlər ki, hava əməliyyatlarında sivillərin öldürülməsi öncədən planlaşdırılmış hərəkət deyil.