Suriya ordusu Əynülfijə şəhərciyinə daxil olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i254071-suriya_ordusu_Əynülfijə_şəhərciyinə_daxil_olub
Suriya ordusu və müttəfiq qüvvələr Dəməşqin qərbində keçirdiyi əməliyyatla Əynülfijə bölgəsinə daxil olub və Ən-Nüsrə Cəbhəsi terror qruplaşmasının terrorçularına ağır zərbələr endiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 02, 2017 09:04 Asia/Baku
  • Suriya ordusu Əynülfijə şəhərciyinə daxil olub
    Suriya ordusu Əynülfijə şəhərciyinə daxil olub

Suriya ordusu və müttəfiq qüvvələr Dəməşqin qərbində keçirdiyi əməliyyatla Əynülfijə bölgəsinə daxil olub və Ən-Nüsrə Cəbhəsi terror qruplaşmasının terrorçularına ağır zərbələr endiriblər.

Əl-Aləm televiziyasının məlumatına görə, Suriya ordusu və müttəfiq qüvvələr əməliyyat keçirərək Dəməşqin qərbində Vadi Berdidə Əynülfijə şəhərciyinə daxil ola biliblər. Ordu ətrafdakı yüksəkliklərdən həyata keçirdiyi uğurlu əməliyyatla bu şəhərciyə daxil olub. Suriya ordusu və müttəfiq qüvvələr bu bölgəni işğal etmiş Ən-Nüsrə Cəbhəsi terrorçuları ilə toqquşub və onlara ağır zərbələr endiriblər.