Ərəbistanın Yəmənə amansız hücumları
https://azeri.sahartv.ir/news/qərbi_asia-i254092-Ərəbistanın_yəmənə_amansız_hücumları
Səudiyyə Ərəbistanının təcavüzkar qırıcılarının Yəmənin Hədidə və Marib vilayətlərində bir sıra bölgələrə hücumlarında yeddi sivil həlak olub, bir çox qadın və uşaq da yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 02, 2017 15:05 Asia/Baku
  • Ərəbistanın Yəmənə amansız hücumları
    Ərəbistanın Yəmənə amansız hücumları

Səudiyyə Ərəbistanının təcavüzkar qırıcılarının Yəmənin Hədidə və Marib vilayətlərində bir sıra bölgələrə hücumlarında yeddi sivil həlak olub, bir çox qadın və uşaq da yaralanıb.

Əl-Aləm televiziyasının məlumatına görə, səudiyyəli təcavüzkar qırıcı təyyarələr Hədidə vilayətinin Müfrəq əl-Səlf və Marib vilayətinin Sərvah rayonuna hücum ediblər. Nəticədə yeddi sivil həlak olub, bir çox uşaq və qadın da yaralanıb.

Səudiyyəli təcavüzkar qırıcı təyyarələr Həccə vilayətinin Heyran rayonunda neft daşıyan iki tankeri atəşə tutublar. Nəticədə iki nəfər həlak olub, yeddi nəfər də yaralanıb.

Bu təcavüzlər qarşısında yəmənli qüvvələr bildiriblər: Əl-Couf vilayətinin Əsilan, Nihəm və Səbrin rayonları azad olunub.

Yəmənli qüvvələr əlavə ediblər: Nəcranda bir neçə BTR və buldozeri hədəfə alınıb və 10 səudiyyəli hərbçi öldürlüb.

Yəmən qüvvələri həmçinin Nəcranda əl-Xəzra keçidi və Ər-Riclə yüksəkliklərində səudiyyəlilərin iki zirehli avtomobilini məhv ediblər. Bu da bir qrup səudiyyəlinin ölməsi ilə nəticələnib.

Yəmən ordusu və xalq qüvvələri həmçinin sərhəd Cizan vilayətinin Məşəl rayonunda Səudiyyə Ərəbistanının kəşfiyyat-casusluq təyyarəsini vurublar.