Olland: İŞİD bütün ölkələrin ortaq düşmənidir
Yan 02, 2017 21:17 Asia/Baku
Fransa prezidenti İŞİD terror qruplaşmasını bütün ölkələrin ortaq düşməni adlandırıb.
Əl-Məyadin televiziyasının məlumatına görə, Fransua Olland iraqlı həmkarı Fuad Məsumla müştərək mətbuat konfransında deyib: İraq və Suriyada İŞİD-lə savaş bütün ölkələrin ortaq düşməni olan qruplaşma ilə mübarizədir.
Olland əlavə edib: Biz İŞİD və Suriya və İraqda olan terrorizmlə mübarizə aparmalıyıq. Biz bu terrorçular arasındakı əlaqəni anlamalıyıq. Terrorçular bir çox ölkələrdə aktlar törətmək üçün oyuna gələn şəxslərdir.
O xatırladıb: Biz həmçinin müxtəlif ölkələrdən, xüsusilə Avropa ölkələrindən olan xarici döyüşçülərin qayıtması məsələsini anlamalıyıq. Onlardan bəzisi hətta ailə və uşaqlarını da Fransadan İraq və Suriyaya aparmışlar.