Yan 03, 2017 09:54 Asia/Baku
  • İraqın Samirra şəhərində polis qüvvələrinə qarşı terror hücumları
    İraqın Samirra şəhərində polis qüvvələrinə qarşı terror hücumları

İraqın Samirra şəhərində partlayış bir qrup insanın həlak olması ilə nəticələnib.

Press TV-nin məlumatına görə, terroçular dünən İraqın Səlahəddin vilayətində yerləşən Samirra şəhərindəki iki yoxlama-buraxılış məntəqəsinə hücum ediblər. Onlar polis qüvvələrini atəşə tutaraq, azı yeddi nəfəri öldürüblər.

İraqın təhlükəsizlik mənbələrinin bildirdiklərinə görə, polis qüvvələrilə hücumçular arasındakı toqquşma bu gün səhərədək davam edib.

İraqın Səlahəddin vilayətindəki polis rəsmilərindən biri deyib ki, bu toqquşmada beş terrorçu öldürülüb.

İraqın Daxili İşlər Nazirliyi bildirib ki, İŞİD bu hücumların məsuliyyətini öz üzərinə götürüb.

Bu hücumun ardınca Samirrada komendant saatı tətbiq edilib.

Samirra icra hakimiyyəti bu şəhərin təhlükəsizlik qüvvələrini tam hazır vəziyyətə gətiribdir.

Teqlər