Fələstin məsələsilə bağlı Fars Körfəzi ətrafındakı ölkələr tənqid olunub
"Sionist rejimin beynəlxalq səviyyədə boykot edilməsi" adlı fələstinli hərəkat Fars Körfəzi ətrafındakı bəzi ölkələrin Fələstin məsələsinə göz yummaq və sionist rejimə yaxınlaşmaq üzrə səylərini tənqid edib.
Quds Net-in məlumatına görə, "Sionist rejimin beynəlxalq səviyyədə boykot edilməsi" adlı fələstinli hərəkat bildirib: Avropalı ölkələrin sionist rejimlə müqavilələrinin ləğvində bəzi uğurların olmasına rəğmən, Fars Körfəzi ətrafındakı bəzi ərəb ölkələri bu rejimlə əlaqə qurmaq ardıncadırlar.
Bu fələstinli hərəkat vurğulayıb: Bu sahədə Birləşmiş Ərəb Əmirliklərinin cəhdlərinə işarə etmək olar. Belə ki, bu ölkənin bir şirkəti sionist rejimin dəniz qüvvələri üçün gəmiqayırmanı öz öhdəsinə alıb.
"Sionist rejimin beynəlxalq səviyyədə boykot edilməsi" adlı fələstinli hərəkat bu addımı tənqid edərək, Fars Körfəzi ətrafındakı ölkələrin başçılarından istəyibdir ki, bu cür müqavilələri imzalamaq və icra etməkdən çəkinib, sionist rejimi boykot edərək, həmin rejimin başçıları ilə müxtəlif görüşlər keçirmək və işğal olunmuş Fələstin məntəqələrinə heyətlər göndərməkdən boyun qaçırsınlar.
"Sionist rejimin beynəlxalq səviyyədə boykot edilməsi" adlı fələstinli hərəkat sionist rejimi iqtisadi vasitələrlə təzyiq altında qoymaq hədəfilə bütün dünyada mövcud olan hüquqi orqanlar, hökumət və qeyri-hökumət təşkilatları, dini qruplar və sənaye birliklərinin dəstəyilə fəaliyyət göstərir.