Türkiyə xarici işlər naziri İstanbul terraktını törədənin kimliyinin bəlli olduğunu deyib
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu İstanbul şəhərində yeni il gecəsi gecə klubuna hücum edən şəxsin kimliyinin bəlli olduğunu bildirib.
Əl-Hədəs televiziyası az öncə təcili bir xəbərdə bildirib: Bu terror aktını törədən şəxsin kimliyinin bəlli olmasına baxmayaraq, Türkiyə xarici işlər naziri şübhəli şəxsin adını və vətəndaşlığını qeyd etməyib.
İstanbulda terror aktını törədənin kimliyinin müəyyənləşməsində dörd günlük təxir və terrorçunun kimliyi qeyd edilmədən onun Türkiyənin xarici diplomatiya idarəsi rəhbəri tərəfindən elan olunması bu terror aktının həqiqi şübhəlisinin həbs olunması xəbərinin doğruluğu barədə şübhələri artırıb.
Bundan öncə Türkiyənin polis və təhlükəsizlik məmurları Reina gecə klubna hücum edən terrorçunun həbs olunduğunu bildirmişdilər. Lakin bir saat sonra bəlli oldu ki, həbs olunan qırğızıstanlı şübhəli bir iş adamı imiş və hadisə baş verən zaman Türkiyədə olmayıb.
Qırğızıstan vətəndaşı və bu hücumun ilk şübhəlisi Maşrapov Bişkekə qayıtdıqdan sonra bildirib: Yanvarın birində İstanbula gedib və ticarət işi başa çatdıqdan sonra İstanbuldan Qırğızıstana dönüb.
Qeyd edək ki, Türkiyə polisi bu qırğızı Reian klubuna hücum edən şübhəli şəxs olaraq saxlayıb və dindirib. Bir saat sonra Maşrapov faktlar və sübutlar təqdim etdikdən sonra Bişkekə qayıda bilib.