Yan 04, 2017 19:25 Asia/Baku
  • İşğal olunmuş Qüdsdə nəqliyyat əməkdaşlarının tətil aksiyası
    İşğal olunmuş Qüdsdə nəqliyyat əməkdaşlarının tətil aksiyası

İşğal olunmuş Qüdsdə nəqliyyat işçiləri öz hüquqlarına riayət olunmamasına etiraz üzrə tətil aksiyası keçiriblər.

Fələstinin MƏA İnformasiya Agentliyinin məlumatına görə, işğal olunmuş Qüdsdə Elhestdrot adlanan Avtobus Şirkəti Birliyi bu barədə bildirib: Birliyin sionist rejimin Yol və Rabitə Nazirliyi ilə işçilərin maaşlarının araşdırılması üzrə müzakirələri nəticəsiz qalıb.

Minlərlə müəllim də çərşənbə axşamı günü öz maaşlarının tam ödənilməməsi və İsrail rejiminin Maliyyə Nazirliyi ilə anlaşmanın əldə olunmamasına etiraz olaraq tətil aksiyası keçirib.

Sionist rejimə boykot Beynəlxalq Hərəkatı İsrail rejiminin iqtisadiyyatına zərbə vurub və bu rejim bu hərəkatın fəaliyyətləri ilə qarşılaşmaq üçün böyük büdcə xərcləyib.

Sionist rejimin iqtisadi vəziyyətinin ağırlığı bu rejim başçılarının yanlış idarəçiliyi və korrupsiyası və bu rejimin büdcəsinin əsas hissəsini avantürist siyasətlərin yürüdülməsinə xərclənməsinin nəticəsidir.

Tətil aksiyalarının artması sionist rejimin iqtisadi və ticarət mərkəzlərini tam iflic vəziyyətinə yaxınlaşdıracaq.

Teqlər