İraqın Ələnbar vilayətində yerdə qalan məntəqələrin azad edilməsi əməliyyatı başlanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i254503-İraqın_Ələnbar_vilayətində_yerdə_qalan_məntəqələrin_azad_edilməsi_əməliyyatı_başlanıb
Əlaləm telekanalı İraqın Ələnbar vilayətindəki "Ənəh Vərah" və "Əlqaim" şəhərlərinin İŞİD-in işğalından azad edilməsi əməliyyatının başlanmasından xəbər verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 05, 2017 08:48 Asia/Baku
  • İraqın Ələnbar vilayətində yerdə qalan məntəqələrin azad edilməsi əməliyyatı başlanıb
    İraqın Ələnbar vilayətində yerdə qalan məntəqələrin azad edilməsi əməliyyatı başlanıb

Əlaləm telekanalı İraqın Ələnbar vilayətindəki "Ənəh Vərah" və "Əlqaim" şəhərlərinin İŞİD-in işğalından azad edilməsi əməliyyatının başlanmasından xəbər verib.

İraq ordusunun komandanlarından olan Qasim Əlmuhəmmədi bildirib ki, Ələnbar vilayətinin digər məntəqələrinin İŞİD-in işğalından azad edilməsi əməliyyatı bu gün səhərdən başlanıb və iraqlı qüvvələr "Hədisə Əlsəmud" məntəqəsindən Ərrəmadinin qərbində yerləşən "Ənəh Vərah" şəhərinə doğru hərəkət ediblər.

İraqlı qüvvələr bir neçə ay bundan əvvəl Ələnbar vilayətində yerləşən Ərrəmadi və Fəllucə şəhərlərini İŞİD-in işğalından azad etdilər.

Bu əməliyyat elə bir halda başlanıbdır ki, iraqlı qüvvələr Neynəva vilayətinin mərkəzi olan Mosulun İŞİD-in işğalından azad edilməsi əməliyyatı ilə məşğuldurlar.