Ərəbistanın Yəmənin müxtəlif məntəqələrinə qarşı hücumları davam edir
-
Ərəbistanın Yəmənin müxtəlif məntəqələrinə qarşı hücumları davam edir
Dünya ictimaiyyətinin sükutu sayəsində ərəbistanlı qırıcılar Yəmənin müxtəlif məntəqələrini bombalayıblar. Nəticədə bir qrup yəmənli ölüb və yaralanıb.
IRNA-nın məlumatına görə, Ərəbistan ordusunun qırıcıları bu gün səhər Yəmənin paytaxtı Sənada xüsusi təyinatlı yəmənli qüvvələrin düşərgəsini və onun ətrafını on dəfə bombalayıblar. Nəticədə bir qrup yəmənli sivil ölüb və yaralanıb.
Təcavüzkar səud qırıcıları həmçinin Yəmənin cənub-qərbində yerləşən Təiz vilayətinin cənubundakı yaşayış massivlərini bombalayıblar. Ehtimal olunan tələfat haqda məlumat daxil olmayıbdır.
Ərəbistanlı qırıcılar Yəmənin şimalındakı Əlcuf vilayətində yerləşən Əlməslub şəhərindəki Sədah məntəqəsini də hədəfə alıblar.
Belə bir halda, Yəmənin ordu və xalq komitələri qüvvələri də səudların hücumlarına cavab olaraq, artilleriya ilə Ərəbistan hərbçilərinin bu ölkənin Cizan məntəqəsində yerləşən Əlşəbəqə kəndindəki toplaşma məkanını hədəfə alaraq, yeddi səud hərbçisini məhv ediblər.
Yəmənin ordu və xalq komitələri qüvvələrinin raket bölməsi Ərəbistan muzdurlarının Təizdə yerləşən "Şəəb Əlcin" düşərgəsindəki mövqelərini hədəfə alıbdır.