Amerika koalisiyasının qırıcıları Suriyanın şimalında sivilləri qətlə yetiriblər
Amerikanın başçılıq etdiyi koalisiyanın qırıcı təyyarələrinin Suriyanın şimalında Riqqə vilayətinə hava hücumunda bir daha bir qrup suriyalı sivil həlak olub.
Press TV-nin məlumatına görə, mərkəzi İngiltərədə olan Suriya İnsan Haqları Müşahidəçilər Qrupu bildirib: Amerikanın başçılıq etdiyi koalisiya qırıcı təyyarələrinin Süveydə Kəbirə kəndinə hücumunda azı 8 sivil həlak olub. Bu kənd Riqqə şəhərinin 55 kilometrliyində yerləşir.
Qrupun bildirdiyinə görə, həlak olanların beş nəfəri uşaq və qadındır.
Beynəlxalq müşahidəçilərin dediyinə görə, Amerikanın başçılıq etdiyi koalisiya qırıcılarının təcavüzkar hücumu bir qrupun da yaralanması ilə nəticələnib. Bəzi yaralıların həyatını itirməsi ilə həlak olanların sayının artması ehtimal olunur.
ABŞ ordusu bazar ertəsi günü bir bəyanatda etiraf edib ki, bu ölkə qırıcıları 2014-cü ildən indiyə qədər Suriyada İŞİD-lə mübarizə çərçivəsində öz hücumlarında 188 suriyalı sivili qətlə yetirmişdir.
2016-cı ilin noyabr ayında Amerikanın Suriya və İraqda hücumlarında sivillərin qətlə yetirilməsinə dair 16 yeni hesabat yayımlanıb.
Amerika qırıcıları terrorizmlə mübarizə bəhanəsi ilə Suriyanın yaşayış massivlərini atəşə tuturlar.