Yan 07, 2017 19:43 Asia/Baku
  • 2017-də Qüds İntifazəsinin ilk şəhidi

Ötən cümə axşamı günü sionist rejim hərbçilərinin Qəzzənin şimal sularında qayığına hücumu nəticəsində itkin düşən fələstinli balıqçı şəhid olub.

Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, Qəzzə zolağı sakini 32 yaşlı fələstinli balıqçı Məhəmməd Əhməd Həsinin ailəsi şənbə günü onun şəhid olduğunu bildirib.

Sionist rejim 2014-cü ildə Qəzzədə atəşkəs anlaşması imzalandıqdan sonra, həmişə bu anlaşmanı pozur və fələstinli əkinçilər və balıqçılara doğru atəş açır. Belə ki, bu saysız cinayətlər nəticəsində çoxlu balıqçı və əkinçi şəhid olmuş və yaralanmışdır.

Məhəmməd Əhməd Həsi 2017-ci ildə Qüds İntifazəsinin ilk şəhidi hesab olunur.

Beləliklə 2015-ci il oktyabr ayından Qüds İntifazəsi şəhidlərinin sayı indiyə qədər 272 nəfərə çatıb.

Sionist rejimin fələstinlilərə, o cümlədən uşaqlara qarşı cinayətlərinin artması, həmçinin bu rejimin islam abidələrinə təcavüzü və əl-Əqsa məscidini zaman və məkana bölməyə çalışması ilə fələstinlilər bu cinayətlərə reaksiyada 2015-ci ilin oktyabrında Qüds İntifazəsini başladıblar.

Teqlər