Yan 07, 2017 20:55 Asia/Baku
  • Əl-İbadi: Türkiyə hərbçilərini İraqdan çıxarır

İraq baş naziri bildirib: Türkiyə öz hərbçilərini İraqın şimalından çıxarmaq üzrə öhdəlik götürüb.

İRNA-nın məlumatına görə, İraq baş naziri Heydər əl-İbadi şənbə günü Türkiyə baş naziri Binəli Yıldırımla Bağdadda keçirdiyi müştərək mətbuat konfransında bildirib: Ankara İraqın şimalında Mosulda Bəşiqə bazasından hərbçilərini çıxarmaq və bu öklənin milli hakimiyyəti və ərazi bütövlüyünə hörmətlə yanaşmaq üzrə öhdəlik götürüb.

Əl-İbadi əlavə edib: İraq və Türkiyə yaxşı qonşuluq prinsipi və iki ölkənin daxili məsələlərində müdaxilə etməmək üzrə razılığa gəliblər.

Türkiyə baş naziri Binəli Yıldırım da bu mətbuat konfransında bildirib: Ankara İraqın hakimiyyəti və ərazi bütövlüyünə qarşı istənilən təhdid xarakterli hərəkətə heç vaxt icazə verməyəcək.

Türkiyə baş naziri Ankaranın Bəşiqədə türk hərbçilərin iştirakı məsələsini tezliklə aydınlaşdırması üzrə öhdəlik götürüb.

Türkiyə 2015-ci ilin sonlarında yüzlərlə öz hərbçisini qeyr-qanuni şəkildə Neynəva vilayətinin mərkəzi olan Mosulun Bəşiqə bazasında kürd peşmərgə qüvvələrinə təlim keçmək və terrorçularla mübarizə bəhanəsi ilə yerləşdirib. Bu hərəkət iki ölkə əlaqələrində gərginliklə nəticələnib.

Türkiyə baş naziri Binəli Yıldırım Bağdadla əlaqələrin normallaşdırılması üçün şənbə günü günortadan sonra İraq paytaxtı Bağdada daxil olub və iraqlı həmkarı tərəfindən rəsmən qarşılanıb.

Teqlər