İraqın Əl-Ənbar vilayətinin terrorçulardan təmizlənilməsi əməliyyatı davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i254911-İraqın_Əl_Ənbar_vilayətinin_terrorçulardan_təmizlənilməsi_əməliyyatı_davam_edir
İraqın qərbində yerləşən Əl-Ənbar vilayətinin tamamiylə İŞİD terrorçularından təmizlənilməsi əməliyyatı üçüncü gündür ki davam etdirilir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 08, 2017 12:53 Asia/Baku
  • İraqın Əl-Ənbar vilayətinin terrorçulardan təmizlənilməsi əməliyyatı davam edir
    İraqın Əl-Ənbar vilayətinin terrorçulardan təmizlənilməsi əməliyyatı davam edir

İraqın qərbində yerləşən Əl-Ənbar vilayətinin tamamiylə İŞİD terrorçularından təmizlənilməsi əməliyyatı üçüncü gündür ki davam etdirilir.

İRİB-nin verdiyi məlumata görə, İraqın təhlükəsizlik qüvvələri baş qərargahın əmri ilə Əl-Ənbar vilayətinin terrorçulardan təmizlənilməsi əməliyyatını 4 istiqamətdə davam etdirirlər. 

İraqlı qüvvələr ötən il Əl-Ənbar vilayətinin Fəllucə və Ərrəmadi şəhərlərini İŞİD terrorçularının işğalından azad etmişdir. 

Bu vilayətin digər ərazilərinin də İŞİD-in işğalından azad edilməsi əməliyyatı elə bir şəraitdə başlanılıb ki, iraqlı qüvvələr eyni zamanda Neynəva vilayətinin mərkəzi olan Mosul  şəhərinin azad edilməsi əməliyyatı ilə məşğuldurlar.