Əfqanıstanın qərbində 200 əlavə amerikan hərbçi yerləşib
-
Əfqanıstanın qərbində 200 əlavə amerikan hərbçi yerləşib
200 amerikalı hərbçi Fərah vilayətində təhlükəsizliyin təmin edilməsi bəhanəsi ilə Əfqanıstanda yerləşdirilib.
İRİB-in Kabildən verdiyi məlumata görə, Əfqanıstanda yerləşən NATO qüvvələrinin mətbuat bürosu bu qüvvələrin Firah vilayətində yerləşdirilməsində məqsədin bu vilayətdə təhlükəsizliyin təmin edilməsi və Əfqanıstanın hərbi və təhlükəsizlik qüvvələrinə yardım xarakteri daşıdığını bildirib.
Amerika rəsmiləri deyiblər ki, cari milad ilinin baharında Əfqanıstanın cənubunda Hilmənd vilayətində də 300 ABŞ hərbçisi yerləşdiriləcək.
Hal-hazırda Əfqanıstanda 9 min 800 Amerika hərbçisi fəaliyyət göstərir və Barak Obamanın prezidentlik dövrünün sonunadək bu rəqəmin 8 min 400-ə endiriləcəyi gözlənilir.
Bu elə bir haldadır ki, Əfqanıstanda əcnəbi hərbçilərin hərbi missiyasının müddəti 2014-cü ildə sona çatmışdır.
Əfqanıstanın tanınmış simaları, millət vəkilləri və xalqı dəfələrdə əcnəbi hərbçilərin bu ölkəni tərk etmələrini istəyiblər və təhlükəsizliyin təmin olunmasının ancaq işğalçıların Əfqanıstandan çıxmaları ilə mümkün olacağını vurğulayıblar.