Bəşşar Əsəd: Biz qələbə yolunda addımlayırıq
https://azeri.sahartv.ir/news/qərbi_asia-i255148-bəşşar_Əsəd_biz_qələbə_yolunda_addımlayırıq
Suriya prezidenti: Hələbin azad edilməsi Suriya savaşında həlledici məqam idi. Amma, yekun qələbə bütün terrorçuları məhv etdiyimiz zaman əldə ediləcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 09, 2017 08:48 Asia/Baku
  • Bəşşar Əsəd
    Bəşşar Əsəd

Suriya prezidenti: Hələbin azad edilməsi Suriya savaşında həlledici məqam idi. Amma, yekun qələbə bütün terrorçuları məhv etdiyimiz zaman əldə ediləcək.

Suriya prezidenti Bəşşar Əsəd bazar günü 3 fransız media ilə müsahibədə Hələbin azad edilməsini ölkəsində cərəyan edən savaşın gedişində həlledici məqam adlandırıb və deyib: Biz qələbə yolunda addımlayırıq. 

Bəşşar Əsəd deyib: Bu, savaşın taleyində həlledici an idi və biz qələbə yolunda addımlayırıq. 

Suriya prezidenti daha sonra deyib: Əlbəttə, biz bunu qələbə hesab etmirik. Çünki, qələbə yalnız bütün terrorçuları məhv etdiyimiz zaman əldə edilmiş olacaq. 

Bəşşar Əsəd Hələb şəhərində geniş dağıntılara yol açan hava hücumları barədə suala gəlincə deyib: Əlbəttə, suriyalıların öz vətənlərinin bir hissəsini dağılmış və qan gölünə çevrilmiş görməsi bizim üçün son dərəcə ağrılı bir hadisə idi. Amma, mən tarixdə hansısa savaşın yaxşı vəsf edildiyini heç görmədim. Bütün müharibələr pisdir. Lakin, bəzən bu qaçılmaz olur.