Yan 10, 2017 11:20 Asia/Baku
  • Hələbin şərqində bomba emalatxanası aşkar edilib
    Hələbin şərqində bomba emalatxanası aşkar edilib

Rusiya ordusunun bomba zərərsizləşdirmə bölməsi Suriyanın şimalında Hələbin şərqində terrorçulardan qalan bombaların zərərsizləşdirilməsi əməliyyatında əldə hazırlanan bombaların emalatxanasını aşkar edib.

PressTv-nin verdiyi məlumata görə, Rusiya ordusunun Suriyada bomba zərərsizləşdirmə bölməsinin komandanı Ruman Padokin Hələbin bir çox şərq ərazilərində terrorçu qruplar tərəfindən bomba quraşdırıldığını bildirərək deyib: Suriyanın şimalında onlarla əldə hazırlanmış bomba, çəkisi yarım tondan çox olan yüzlərlə raket və arteleriya mərmisi aşkar edilib. 

Rusiya ordusunun suriyada bomba zərərsizləşdirmə bölməsi 2016-cı il dekabrın 3-də Suriyanın Laziqiyyə vilayətinin Həmimim hava bazasına daxil olmuşdur. 

Bu qrup keçmişdə Suriyanın Palmira şəhərində minaların zərərsizləşdirilməsi əməliyyatında fəaliiyyət göstərmiş mütəxəssislərdən ibarətdir. 

Suriyanın iqtisadi paytaxtı hesab olunan Hələb şəhəri 5 il müddətində terrorçuların işğalı altında qalaraq nəhayət 2016-cı il dekabrın 22-də tamamiylə azad edildi. 

Teqlər