Yəməndə Ali-Səud muzdlularının cinayətləri davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i255352-yəməndə_ali_səud_muzdlularının_cinayətləri_davam_edir
Səudiyyə Ərəbistanının hərbi təyyarələrinin Yəmənin Sədə vilayətinin 9-cu şəhərində Bəni Rətəz bazarına qarşı hava hücumunda bir uşaq və iki digər vətəndaş şəhid olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 10, 2017 10:03 Asia/Baku
  • Yəməndə Ali-Səud muzdlularının cinayətləri davam edir
    Yəməndə Ali-Səud muzdlularının cinayətləri davam edir

Səudiyyə Ərəbistanının hərbi təyyarələrinin Yəmənin Sədə vilayətinin 9-cu şəhərində Bəni Rətəz bazarına qarşı hava hücumunda bir uşaq və iki digər vətəndaş şəhid olub.

İRİB-in verdiyi məlumata görə, Təəz vilayətində də Səudiyyə muzdlularının bir ədəd apaçi vertolyotundan açılan atəş nəticəsində iki mülki şəhid olub. 

Səudiyyə muzdlularının vertolyotlarının Babül-Məndəbdə Əl-Cədidə bölgəsində balıqçıların qayığına qarşı hücumunda da iki nəfər şəhid olub. Səudiyyə hərbi təyyarələrinin Əzzübeyrə bölgəsinə hücumunda isə ən azı 4 nəfər yaralanıb. 

Yəmən ordusu və xalq qüvvələri Səudiyyə Ərəbistanı muzdlularının cinayətlərinə cavab olaraq Ceyzanda iki səudiyyə muzdlusunu hədəfə alıblar. 

Yəmən ordusu və xalq komitələrinin raket və artleriya bölmələri həmçinin Səudiyyə ordusunun Ceyzan Nəcran və Əsirdəkı qərargahlarını hədəfə alaraq Səudiyyə hərbçilərinə ağır xəsarət vurublar.