Sionist təyyarələr Dəməşq aeroportuna hücum ediblər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i255913-sionist_təyyarələr_dəməşq_aeroportuna_hücum_ediblər
Sruiya paytaxtı Dəməşq aeroportu sionist rejim ordusunun hərbi təyyarələrinin hücumuna məruz qalıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 13, 2017 07:09 Asia/Baku
  • Sionist təyyarələr Dəməşq aeroportuna hücum ediblər
    Sionist təyyarələr Dəməşq aeroportuna hücum ediblər

Sruiya paytaxtı Dəməşq aeroportu sionist rejim ordusunun hərbi təyyarələrinin hücumuna məruz qalıb.

Sionist rejim mediaları bildiriblər ki, İsrailin F-35 təyyarələri Livan səması vasitəsi ilə Suriyaya girərək əl-Məzə hava limanını bombalayıblar. 

Bəzi Suriya mənbələri deyirlər ki, partlayışlar hava hücumu deyil, sionistlərin raket hücumu nəticəsində törədilib. 

Suriya ordusu bir bəyanat  yayaraq bildirib ki, işğal olunmuş Fələstinin şimalından atılan raketlər Dəməşqin yaxınlığında yerləşən əl-Məzə hava limanının ətrafına düşüb və yanğına səbəb olub. 

Suriya ordusu və silahlı qüvvələrinin komandanlığı sionist rejimin Dəməşqdə əl-Məzə hərbi aeroportuna qarşı hücumunun nəticələri barədə bu rejimə xəbərdarlıq edib.