Sionist rejimin fələstinlilərə qarşı geniş cinayətləri
Fələstin İslami Cihad Təşkilatının Tehrandakı nümayəndəsi deyib ki, sionist rejimin Qəzzə zolağına qarşı hücumlardakı cinayətləri təsəvvürdən qat-qat çoxdur.
IRNA-nın məlumatına görə, Fələstin İslami Cihad Təşkilatının Tehrandakı nümayəndəsi Nasir Əbuşərif bu gün axşam "Qəzzə- Müqavimət simvolu" adlı 7-ci konfransda deyib ki, sionist rejim 2088-ci ildə Qəzzədəki 22 günlük müharibədə 300 fələstinlini şəhid etdi və 700 nəfəri yaraladı.
Nasir Əbuşərif sonra deyib: Sionist rejim Qəzzədəki 22 günlük müharibədə 100 min kq bomba və raketi olduqca kiçik bir sahəyə atdı və bu savaşda qadağan olunmuş silahlardan istifadə etdi.
Fələstin İslami Cihad Təşkilatının Tehrandakı nümayəndəsi vurğulayıb: Sionist rejimin ən mühüm cinayətlərindən biri, fələstinlilərə qarşı irqi təmizləmə olubdur ki, hələ də sionistlər tərəfindən tam qüdrətlə izlənilir.
Sionist rejim hərbçiləri 2008-ci ilin 27 dekabrından etibarən 22 müddətinə Qəzzə zolağı məntəqələrini ağır hava, artilleriya və quru hücumlarına məruz qoydular ki, nəticədə 1300-dən çox fələstinli şəhid oldu, minlərlə nəfər də yaralandı.
"Qəzzə- Müqavimət simvolu" adlı 7-ci konfrans Həmas və İslami Cihad təşkilatları nümayəndələri, islami ölkələrin səfirləri və digər ölkə və ordu şəxsiyyətlərinin iştirakı ilə bu gün axşam Tehranda keçirildi.