Yan 15, 2017 10:10 Asia/Baku
  • Fəth Hərəkatı Amerika səfirliyinin Qüdsə nəql edilməsinə reaksiya verib

Fələstin Azadlığı Uğrunda Hərəkat Fəth bildirib: Amerika səfirliyinin Təl-Əvivdən Şərqi Beytül-Müqəddəsə nəql edilməsi regionda sülh və stabilliyin bərqərar edilməsi yollarını bağlayacaq.

İRNA-nın məlumatına görə, Fəth hərəkatı İnqilab Şurasının üzvü və bu hərəkatın sözçüsü Üsamə əl-Qəvasimi bir bəyanatda bildirib: Qanun-qaydalar, beynəlxalq hüquq və BMT qətnamələri, o cümlədən Təhlükəsizlik Şurasının 2234 saylı qətnaməsinə əsasən Şərqi Qüds Fələstin dövlətinin paytaxtı hesab olunur və Amerikanın bu ölkə səfirliyini Qüdsə nəql etməyə cəhd göstərməsi qeyri-qanuni, təhrikedici hərəkətdir və regionda gərginliyin artmasına səbəb olacaq. 

Əl-Qəvasimi bildirib: Fəth HƏrəkatı, Fələstin xalqı və dünya azadələri belə bir layihənin reallaşmasına icazə verməyəcəklər. Çünki bu plan bir növ Fələstin tarixi və amalına təcavüzdür. 

Cümə günü Beytül-Müqəddəs və işğal olunmuş Fələstin ərazilərinin baş müftisi Şeyx Məhəmməd Hüseyn Amerika səfirliyinin Təl-Əvivdən Qüdsə nəql olunmasına dair Donald Trampın qərarını pisləyərək bu hərəkəti müsəlmanlara xəyanət adlandırmışdı. 

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp prezident seçkilərində qələbə çaldıqdan sonra İsrail baş naziri Benyamin Netanyahuya vəd edib ki, Amerika səfirliyini Təl-Əvivdən Qüdsə nəql edəcəkdir. 

Teqlər