Yan 15, 2017 19:53 Asia/Baku
  • Sionistlər əl-Əqsa məscidinə basqın etdilər

Bir qrup sionist qəsəbə sakini mübarək əl-Əqsa məscidinin həyətlərinə basqın edib.

Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, sionist qəsəbə sakinləri və radikal yəhudilər bazar günü sionist rejim hərbçilərinin dəstəyi ilə əl-Əqsa məscidinə hörmətsizlik ediblər.

Əl-Əqsa məscidi həmişə sionistlərin basqınına məruz qalıb. Bu müqəddəs məkan həmçinin Beytül-Müqəddəsin müsəlmanları və xristianlarının kimliyini məhv etmək üçün sionist rejimin at oynatdığı məkana çevrilib.

Həmçinin sionist rejim hərbçiləri Xan Yunusun cənub-şərqində əl-Fəxari bölgəsində Fələstin müqavimətinin nəzarət qüllələri və Qəzzə zolağının cənubunda Rəfəh şəhərinin şərqində Kərəm Əbu Müəmmirdə müqavimət bazalarından birinə hücum ediblər.

Teqlər