Mosulun şərqində yeni məntəqələr azad edilib
İraqlı qüvvələr Mosulun şərqində daha üç məntəqəni İŞİD-in işğalından çıxara və İraq bayrağını bu məntəqələrin binaları üzərində dalğalandıra biliblər.
IRIB-nin məlumatına görə, Mosulun şərqində yerləşən Əlmuhəndisin, Ələtəşanə və Əlnəmaniyyə məntəqələri, eləcə də Əlkəndi təsisatlarının azad edilməsilə İŞİD-in bir qrup üzvü ətraf məntəqələrə qaçıbdır.
İndiyədək Mosulun şərqinin təqribən doxsan faizi İŞİD-in işğalından çıxarılıb.
İraqlı qırıcılar da Mosulun şərq hissəsində avtomobillərə bombanın qoyulması üzrə azı altı emalatxananı məhv ediblər.
Belə bir halda, məlumatlara əsasən, İŞİD ünsürləri beş yaşından səkkiz yaşınadək olan bir qrup uşağı, eləcə də bir qrup qadını girov kimi Mosulun qərbindəki naməlum məntəqələrə köçürüblər.
BMT də bu gün bildiribdir ki, Mosulun azad edilməsi əməliyyatı indiyədək 148 min nəfərin didərgin düşməsinə bais olubdur.