Yan 21, 2017 10:49 Asia/Baku
  • İraqın şimalında terrorizmlə mübarizənin son prosesləri
    İraqın şimalında terrorizmlə mübarizənin son prosesləri

Neynəva vilayətinin mərkəzi olan Mosul şəhərinin İŞİD terror qruplaşmasının işğalından azad edilməsi üzrə əməliyyat uğurla davam edir.

İRNA-nın məlumatına görə, Mosulda İraq silahlı qüvvələri İŞİD başçısı Əbubəkr əl-Bağdadinin "xütbə" oxuduğu məscidi, arxeoloji əsərlər və əl-Faziliyyə məhəlləsini və əczaçılıq sexini İŞİD terror qruplaşmasının işğalından azad ediblər. 

Bu arada İraq qırıcı təyyarələri Mosulun şimal və qərb istiqamətində İŞİD-in mövqelərini hədəfə alıb, 88 İŞİD-çinin öldürüb və onların 8 avtomobilini məhv ediblər. 

İraqın Müharibə Təbliğatı Qərargahının media xidməti bir bəyanatda bildirib: Mosulun şərq hissəsinin tam azad edilməsinə 4 məhəllə qalıb. 

Neynəvanın azad edilməi əməliyyat komandanlığının bir hərbçisi bu barədə deyib: İraq qüvvələri Mosul şəhərinin şimalında yerləşən məhəllələrə doğru ilk irəliləyişi başlayıblar. 

Həmçinin İŞİD terror qruplaşması Kərkük şəhərinin cənub qərbində yerləşən əl-Həvicədə dəhşətli cinayətdə əsir götürdüyü əsgərləri və vətəndaşları kütləvi şəkildə edam edib. 

Teqlər