Yüzlərlə suriyalı sivil amerikan koalisiyanın hava hücumlarının qurbanı olub
Yüzlərlə suriyalı mülki ötən 28 ay ərzində amerikan koalisiyanın hava hücumlarının qurbanı olub.
Press TV-nin məlumatına görə, iqamətgahı İngiltərədə yerləşən Suriyada insan haqlarına nəzarət qrupu bildirib ki, bu müddətdə 820 suriyalı sivil Amerikanın başçılıq etdiyi koalisiyanın qüvvələrinin hava hücumlarında öldürülüb.
Bu orqanın bildirdiyinə görə, ölənlərin 310 nəfəri qadın və uşaq olubdur.
Bu məlumata görə, bu koalisiyanın hava hücumları nəticəsində mülkilərin maliyyələrinə böyük xəsarətlər dəyibdir.
Suriyada insan haqlarına nəzarət qrupu hər bir zamanda və hər bir bəhanə ilə amerikan koalisiya tərəfindən sivillərin hər cür qırğın edilməsini kəskin tərzdə pisləyibdir.
Amerikanın başçılıq etdiyi koalisiya Suriya dövləti və ya BMT tərəfindən icazəyə malik olmadan İŞİD ilə mübarizə bəhanəsilə 2014-cü ilin sentyabrından Suriya ərazisinə hücumlara başlayıbdır.
Bu koalisiya indiyədək dəfələrlə Suriyada sivilləri hədəfə almaqda ittiham olunubdur.