Yan 24, 2017 11:25 Asia/Baku
  • Fəth təşkilatı üzvünün ABŞ səfirliyinin Beytulmuqəddəsə köçürülməsinə reaksiyası
    Fəth təşkilatı üzvünün ABŞ səfirliyinin Beytulmuqəddəsə köçürülməsinə reaksiyası

Fələstinli Fəth təşkilatının mərkəzi komitəsinin üzvü vurğulayıb ki, ABŞ səfirliyinin Təl-Əvivdən Beytulmuqəddəsə köçürülməsi regionun səbatsızlığı və müsəlmanlara qarşı savaşın alovlanmasına bais olacaq.

IRNA-nın məlumatına görə, Fələstinli Fəth təşkilatının mərkəzi komitəsinin üzvü Cəbrayıl Əlrəcub dünən deyib ki, fələstinlilər ABŞ səfirliyinin Təl-Əvivdən qəsb olunmuş Beytulmuqəddəsə köçürülməsi qarşısında səssiz qalmayacaq və sionist rejim qarşısında təslim olmayacaqdır.

Əlrəcub vurğulayıb: Amerikanın yeni prezidenti Donald Trampın bu ölkə səfirliyinin Təl-Əvivdən qəsb olunmuş Beytulmuqəddəsə köçürülməsinə dair qərarı Fələstin ölkəsinin təşkili barədə BMT qətnaməsini görməməzliyə vurmağa bir cəhddir.

Donald Tramp prezident seçkiləri təbliğatlarında etdiyi çıxışında bildirmişdi ki, Amerika səfirliyini Beytulmuqəddəsin şərqinə köçürmək istəyir, zira Amerika bu vədi yerinə yetirməklə Beytulmuqəddəsin sionist rejimin paytaxtı olmasına qanuni don geydirmək niyyətindədir.

Teqlər