Yan 25, 2017 11:41 Asia/Baku
  • Heydər Əlibadi
    Heydər Əlibadi

İraqın baş naziri dünən axşam Mosulun şərqinin İŞİD-in işğalından tam şəkildə çıxarıldığını rəsmi surətdə elan edib.

Əliraqiyyə telekanalının məlumatına görə, İraqın baş naziri Heydər Əlibadi Mosulun şərqinin İŞİD-in işğalından azad edilməsi münasibətilə təbrik deyərək, bildirib: Hazırda dünya ictimaiyyəti terrorizmlə mübarizənin önəmindən xəbərdardır və bu gün heç bir xarici qüvvə İraq ərazisində İŞİD terrorçuları ilə döyüş üçün iştirak etmir.

Heydər Əlibadi həmçinin vurğulayıb: Mosulun şərq istiqamətindəki azad olunmuş məntəqələrdə müxtəlif layihələrin icrası üçün 27 saziş imzalanıbdır.

Heydər Əlibadi ABŞ prezidenti Donald Trampın "Amerika İraqın xam neft ehtiyatlarını öz əlinə almalı idi" kimi əsassız sözlərinə reaksiyada bildirib ki, İraq nefti iraqlılar üçündür.

Tramp şənbə günü Mərkəzi Kəşfiyyat İdarəsi başçıları üçün etdiyi çıxışında iddia etmişdi ki, Amerika 2003-cü ildə İraqa hücumun xərclərinin əvəzini çıxmaq üçün bu ölkənin neftini öz əlinə almalı idi.

Teqlər