Yan 25, 2017 19:28 Asia/Baku
  • "Azad ordu" adlandırılan qüvvələr Suriyada yerləşdiriliblər

Türkiyə "Azad ordu" adlandırılan qüvvələri silahlı müxaliflərin nəzarətində olan Suriyanın şimal məntəqələrində yerləşdirib.

Əlaləm telekanalının məlumatına görə, "Azad ordu" adlandırılan qüvvələr sərhəd Cerablos sərhəd şəhərində yerləşən siyasi müxaliflərdəndirlər. Onlar beş həftə Türkiyədə təlim keçərək, silahlanıblar.

Bu məlumata görə, dırnaqarası "Azad ordu" adlandırılan qüvvələr başlarına mavi papaq qoyurlar.

Dırnaqarası "Azad ordu" adlandırılan qüvvələrin komandanı Əbdürrəzzaq Aslan Türkiyənin bu yaraqlı qüvvələri maliyyə və logistik cəhətdən dəstəklədiyini etiraf edərək, iddia edibdir ki, bu qüvvələrin tapşırığı, İŞİD-in işğalından çıxarılmış məntəqələrdə əhaliyə xidmət, ictimai məkanların qorunması və təhlükəsizliyin bərqərarı adlandırıb.

"Azad ordu" adlı Suriya dövlətilə müxalif silahlı qüvvələr 2016-cı ilin avqust ayında Cerablos şəhərini öz nəzarətlərinə alıblar.

Bu, Türkiyənin Suriyanın şimalında "Fərat qalxanı" adlı əməliyyatın başlanmasından bəri öz nəzarətinə aldığı ilk şəhərdir.

Türkiyə "Azad ordu" adlı qüvvələri dəstəkləyir. Bu qrup mötədillik iddiasında olan silahlı qüvvələrin koalisiyasıdır.

"Azad ordu" adlandırılan qüvvələr Astanada keçirilən Suriya sülh müzakirələrində iştirak ediblər.

Teqlər