Əl-Əvamiyyə sakinləri aksiya keçiriblər
-
Əl-Əvamiyyə sakinləri aksiya keçiriblər
Səudiyyə Ərəbistanının şərq bölgələrində əhali bir gənc etirazçının Ali-Səud rejimi məhbəslərində şəhid olmasından sonra onun dəfn mərasimində geniş iştirak edib və eyni zamanda etiraz aksiyası keçirib.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, Ali-Səud rejimi rəsmiləri Ali-Səud rejimi məhbəsində verilən işgəncələr nəticəsində şəhid olan şiə fəal Məhəmməd Əl-Həsavinin cənazəsini dünən ailəsinə təhvil veriblər.
Səudiyyə mənbələri bildiriblər ki, Səudiyyə təhlükəsizlik rəsmiləri bir həftə öncə Əl-Həsavinin ailəsi ilə əlaqə yaradaraq onlardan övladlarının şəxsi əşyalarını təhvil almaq üçün həbsxanaya müraciət etmələrini istəmişdilər.
Əl-Həsavi Səudiyyə Ərəbistanının şərqində yerləşən şiə sakinli Əl-Qətif bölgəsinin Əl-Əvamiyyə sakinidir.
Səudiyyəli məşhur ruhani Şeyx Nimr Baqir Ənnimrin şəhid edilməsindən sonra Əl-Həsavi 2012-ci il iyun ayında Əl-Əvamiyyədə keçirilən aksiyada iştirak etdiyinə görə həbs edilmişdi.
Səudiyyə Ərəbistanından media fəalları deyirlər ki, Əl-Həsavi son 4 ayda həbsxanada işgəncələr və zorakılıqlar nəticəsində şəhid edilən 4-cü məhbusdur.
Səudiyyə Ərəbistanı müxaliflərə qarşı repressiya siyasətini qarşıya məqsəd qoyub. Deyilənlərə görə bu ölkədə 30 min siyasi məhbus var.