Səudiyyə Ərəbistanının Yəmənin yaşayış məntəqələrinə qarşı hava hücumları davam edir
-
Səudiyyə Ərəbistanının Yəmənin yaşayış məntəqələrinə qarşı hava hücumları davam edir
Beynəlxalq ictimaiyyətin susqunluğu sayəsində Səudiyyə Ərəbistanının hərbi təyyarələri bir daha Yəmənin müxtəlif bölgələrini bombalayıblar.
İRİB-in verdiyi məlumata görə, təcavüzkar Səudiyyə qırıcıları dünən Səna vilayətində müxtəlif yaşayış məntəqələrini hədəfə alıblar, nəticə də əhalinin mənzilləri və əkin sahələri məhv edilib, bir neçə yəmənli həlak olub və yaralanıb.
Təcavüzkar Səudiyyə qırıcıları paytaxt Sənanın Ərrozə məhəlləsinin yaşayış binalarına qarşı 3 dəfə hücuma keçib.
Yəmənli qüvvələr də Səudiyyə hücumlarına cavab olaraq, Səudiyyə muzdlularının Əccof vilayətindəki mövqelərini artileriya atəşinə tutublar, nəticədə ən azı 8 muzdlu ölüb onlarla muzdlu isə yaralanıb.
Yəmənli qüvvələr həmçinin Təəz vilayətinin müxtəlif bölgələrini nəzarətə almağa cəhd göstərən Səudiyyə muzdlularının hücumlarını dəf edərək bir neçə muzdlunu öldürüblər.
Yəmənin Müdafiə Nazirliyi də ölkənin cənub qərbində Məxa şəhərində Səudiyyə muzdlularına aid apaçi tipli bir ədəd vertolyotu məhv etdiklərini bildiriblər.