Yəmənin müştərək qüvvələri Sənada hərbi parad keçirib
-
Yəmənin müştərək qüvvələri Sənada hərbi parad keçirib
Yəmən ordusu və xalq qüvvələri hərbi geyimdə öz müdafiə və hərbi hazırlığını nümayiş etdiriblər.
Yəməndə hüquq təşkilatları bildiriblər: Səudiyyəli təcavüzkarların Yəmənə hücumunun başlanması ilə Sədə vilayətində əsaslı ehtiyac duyulan məhsullar çatışmır.
Yəməndə hüquq təşkilatları bildiriblər: Səudiyyəli təcavüzkar təyyarələrin obyektlər və infrastrukturları məhv etdiyinə görə, Sədə vilayətində ictimai xidmətlər üzrə müxtəlif sektorların fəaliyyəti dayanıb.
Bu hüquq təşkilatları Sədə vilayətini Yəməndə faciəyə uğramış vilayət adlandırıb və bildiriblər: Hava hücumlarında müalicə və səhiyyə mərkəzlərinin 30%-i dağılıb və bu mərkəzlərdən 34%-i də bombardmanlar qorxusundan fəaliyyətini dayandırıb.
Səudiyyə Ərəbistanı ABŞ və İngiltərənin dəstəyi ilə 26 mart 2015-ci ildən Yəmənə hücumlara başlayıb və bu hücumlarda 11 mindən çox yəmənli həlak olub.
Səudiyyə Ərəbistanının Yəməndəki avantüristliyi bu yoxsul ərəb ölkəsini insan faciəsi ilə üzləşdirib.
Yəmən ordusu və xalq qüvvələri paytaxt Səna küçələrində hərbi parad keçiriblər. Bu hərbi paradda minlərlə qüvvə hərbi uniformada öz hərbi və müdafiə hazırlığını əks etdirib. Onlar Sənanın Ət-Təhrir meydanında hərbi paradda döyüş və hücum fənlərini icra ediblər. Hərbi avtomobillər də həmin paradda iştirak ediblər.
Yəmənin Ali İnqilab Komitəsinin rəhbəri Məhəmməd Əli əl-Husi bu paradda etdiyi çıxışında deyib: Yəmən xalqı izzət və kəramətə çatmaq üçün çoxlu qurbanlar vermişdir və bu qurbanları verməklə Amerikanın başçılıq etdiyi xarici məkrli planı uğursuzluğa uğratmışlar.
O əlavə edib: Demokratiya və hüquq iddiasında olan amerikalılar bütün beynəlxalq qaydaları tapdalayıblar. Amerikalı-səudiyyəli təcavüzü viranəlik və məhvdən başqa bir yaratmayıb və biz onların qarşısında qüdrətlə dayanmışıq.
Yəmənin Ali İnqilab Komitəsinin sədri deyib: Yəmən ordusu və xalq qüvvələri bütün cəbhələrdə müqavimətlə təcavüzkarları məğlub edəcək və təcavüzkarların Yəmən xalqının iradəsinə təsir edə bilməyəcəklərini göstərəcəklər.
Yəmən dairələri bildiriblər ki, təcavüzkarlın Yəmənə hücumları təkcə Sədə vilayətində beş min nəfərin həlak olması və yaralanması ilə nəticələnib.